KONSPESİYANIN MƏQSƏDİ
Konsepsiya avtomobilin yaradılmasının bir neçə səbəbi mövcuddur. Əsas gələcəyə nəzər salmaq lazımdır: hər bir yeni konsept brendin dizaynını irəli çəkir və yaxınlaşmaqda olan hadisələrə dəlalət edir. Konsepsiyalar həm də ictimaiyyətin brenda qarşı reaksiyanı araşdırmaq və insanlara növbəti bir neçə il ərzində nə gözləyə biləcəklərini göstərmək üsuludur. Komandalar arasında intensiv iş və əməkdaşlıq hər kəs üçün öz sənətini daha da inkişaf etdirmək məqsədilə öyrənmə əyrisini təmin edir.
YENİ MAŞIN HAZIRLAMAQ QƏRARI
Avtomobil şirkəti yeni model hazırlamaq vaxtının çatdığına qərar verdikdə o, ilk növbədə mövcud və potensial müştərilərin ehtiyac və gözləntilərini araşdırır. Sonra o, hansı avtomobilin hazırlanacağına qərar verir – bu, ailə üçün kiçik yolsuzluq avtomobili, digər yolsuzluq avtomobili, idman avtomobili və s. ola bilər. Araşdırma və təkmilləşdirmə şöbəsi yeni avtomobilin proporsiyalarını və texniki xüsusiyyətlərini təyin etdikdən dərhal sonra dizaynerlər çağırılır. Onlar hədəf auditoriyası ilə emosional əlaqə saxlamalı və yeni avtomobilin gələcək görünüşünün ilk eskizlərini çəkməlidirlər.
KONSEPTİN YARADILMASI
Adətən avtomobilin interyer və eksteryerinin gələcək görünüşü məhz şirkət dizaynerləri arasında kreativ müsabiqə yolu ilə seçilir. Dizaynerlər sadəcə müştərini yaxşı başa düşməməli, həm də dünyanın uzaq gələcəkdə nəyə dəyər verəcəyini proqnozlaşdırmalıdırlar. Bərabər imkanlı dizaynerlər arasında olan rəqabətdə gələcək inkişaf üçün əvvəlcə dörd-altı konsepsiya seçilir. Daha sonra dizaynerlər detallar üzərində işləyir, gələcək modellərin gildən olan və ya virtual modelləri hazırlanır və bir görünüş qalib gələnə qədər qiymətləndirilir.
RƏQƏMSALLAŞDIRMA
Dizaynın hazırlanması ilə paralel olaraq texniklər artıq avtomobilin bütün komponentlərinin yerini təyin edirlər. Sonra isə onların və interyer və exteryer üzrə dizaynerlərin işi kompüter əsaslı dizayn proqramlarına köçürülür və orada birləşdirilir. Beləliklə, kompüterdə düyməyə bir neçə dəfə basmaqla dizaynda baş verən dəyişikliklər və onların avtomobilin aerodinamikasına, komfortuna və təhlükəsizliyinə təsiri yoxlanıla və dəqiqləşdirilə bilər.
GİLDƏN HAZIRLANMIŞ MODEL
Dizaynerlər və mühəndislər kompüterdə dizayn proqramlaşdırma proqramının köməyi ilə avtomobilin konsepsiyasını 3D-də vizuallaşdıra bilsələr də, konseptin modeli tam ölçüdə gil ilə də hazırlanır. Yalnız bu yolla gələcək avtomobilin siluetini müşahidə edənlər işığın onun səthində necə əks olunacağını görə və qüsurları asanlıqla aradan qaldıra bilərlər.
SINAQDAN KEÇİRMƏ
Gildən hazırlanmış modellər o cümlədən aerodinamika və erqonomika baxımından da sınaqdan keçirildikdən sonra son dizayn təsdiqlənir. Daha sonra mühəndislər yeni avtomobilin hissələrinin istehsalında istifadə ediləcək kompüter qrafikasını əldə etmək üçün gildən hazırlanmış modelləri skan edirlər. Bu mərhələdə avtomobilin fiziki prototipləri hazırlanır və hərtərəfli sınaqdan keçirilirlər. İstehsalçı onları ekstremal hava və yol şəraitində sınaqdan keçirdikdən sonra gələcək maşının davamlı olacağına və müştərilərin ehtiyac və gözləntilərinə cavab verəcəyinə əmin olur.
SON MƏRHƏLƏLƏR
Adətən, istehsaldan dərhal əvvəl mühəndislər bəzi kiçik, son düzəlişlər edirlər. Çox az nəzərə çarpsa da, bu modifikasiyalar avtomobilin daha asan və sərfəli istehsalına imkan verir. İlk eskiz çəkildiyi vaxtdan üç - beş ilə qədər vaxt keçmiş olur.