İrəliləməyə davam etmək, daha yaxşı avtomobillər təqdim etmək və onların hər bir komponentini təkmilləşdirmək - yenilik arzusu 125 ildən çox əvvəl yarandığı gündən ŠKODA-nı müşayiət edir. Məqsədimiz, sizi A məntəqəsindən B məntəqəsinə çatdırmaqla kifayətlənməyən avtomobillər istehsal etməkdir, beləliklə, möhtəşəm dizayna, Sadəcə Ağıllı həllərə və ŠKODA-nın sükanı arxasında oturmağın dinamik təcrübəsinə heyran ola bilərsiniz. Həyatınızı asanlaşdırmaq və bir çox yeni təcrübə əldə etmək üçün ən son yeniliklərimizi araşdırın.

BUGÜN VƏ GƏLƏCƏK ÜÇÜN DİZAYN EDİLDİ

Bütün ŠKODA'lar üçün ortaq məxrəc, imzalı parlaq kristal dizayndır. Ancaq görünüş hər şey deyil. Bütün avtomobil təkcə gözəl görünmək üçün deyil, həm də qüsursuz fəaliyyət göstərmək üçün hazırlanmışdır. Gəlin, ŠKODA dizaynının arxasında nələr olduğunu birlikdə kəşf edək.

LAURA SƏSLİ KÖMƏKÇİ

İndi siz normal danışığı başa düşən köməkçi Laura ilə avtomobili idarə edə bilərsiniz. Laura naviqasiya, media, məlumat-əyləncə sistemi, havalandırma və mətnli mesajları idarə etməyə kömək edəcək. Siz sadəcə ona "Okey, Laura" sözləri ilə yanaşmalısınız və sonra isə onunla danışmağa başlaya bilərsiniz. Laura artıq altı dili - ingilis, alman və fransız, həmçinin ispan, italyan və çex dillərini dəstəkləyir.

...DEMƏK OLAR Kİ, MƏFTUNEDİCİ GÖRÜNÜR

Asan ParkinqRahat SürüşŞəxsi Qoruyucular
Qoşqu ilə manevr edərkən bir qədər köməkdən istifadə edin və ya avtomobilin öz-özünə parkinq etməsinə icazə verin.
ŠKODA sürüş prosesini sizin üçün asanlaşdırmaq üçün avtomobilə qismən nəzarət etmək bacarığına malikdir.
ŠKODA modelləri məşğul şəhər trafikində və uzun avtomobil yollarında təhlükəsizliyə nəzarət edir.

İSTEHSAL 4.0

Avtomobil sənayesindəki yeniliklərdən danışarkən, bir çoxumuz birbaşa avtomobillərdə istifadə olunan yeni həllər və texnologiyanı düşünürük. Bununla yanaşı, istehsal və inkişaf proseslərinin keçdiyi dəyişikliklər daha az əhəmiyyət kəsb etmir. Həmişə istehsalın ətraf mühitə uyğun olmasını və ən son yeniliklərlə uyğun olmasını təmin etməyə çalışırıq.