Yeni ildə ŠKODA avtomobillərində möhtəşəm fürsət!

ŠKODA Bakı Mərkəzi müştərilərini yenilənmiş kampaniya ilə sevindirməyə davam edir

Avropa rahatlığını və keyfiyyətini seçənlər üçün xüsusi imkanlar təqdim olunur. İndi hər kəs özünə uyğun ŠKODA modelini daha sərfəli şərtlərlə əldə edə bilər. Kodiaq modeli üçün ilkin ödənişsiz, illik 12 % -dən başlayaraq və 10,000 AZN-ə qədər endirim imkanı mövcuddur. Superb modeli isə ilkin ödənişsiz, illik faiz dərəcəsi 12 %-dən başlayan sərfəli kredit şərtləri ilə təqdim edilir. Kamiq və Octavia modelləri üçün 10 % ilkin ödəniş, 48 ay müddətinə, illik 12 %-dən başlayan kredit imkanı təklif olunur. Bundan əlavə, ŠKODA Bakı Mərkəzi bütün modellərə 3 il və ya 100.000 km zəmanət verir. Köhnə avtomobilinizi yenisi ilə əvəz etmək istəyirsinizsə, barter imkanı da mövcuddur.

Bu kampaniya ilə ŠKODA müştərilərinə yalnız rahat və yüksək performanslı avtomobillər təqdim etməklə kifayətlənmir, həm də bu avtomobilləri daha əlçatan edir. Skoda avtomobilləri, yenilikçi dizaynı, etibarlı mühərrik texnologiyası və üstün rahatlıq xüsusiyyətləri ilə seçilir. Bu avtomobillərimiz, ailələr, iş adamları və gənclər üçün mükəmməl bir seçimdir. Bu cəlbedici fürsətdən yararlanmaq üçün ŠKODA Bakı Mərkəzinə yaxınlaşın və Skoda avtomobillərinin üstünlüklərini kəşf edin. Bu kampaniya ilə sevdiyiniz ŠKODA modelinə sahib olmaq indi daha asandır!

ŠKODA ilə yola çıxmağın ən yaxşı zamanıdır! Ətraflı məlumat: *5544 / Ünvan: Babək prospekti 74