ŠKODA brendi “Əziz Şuşa Beynəlxalq Velosiped Turniri”-də

Turnirdə “kəşfiyyatçı” strategiyasına uyğun olaraq ŠKODA KODIAQ və SUPERB modelləri hakim və rəsmi təhlükəsizlik kürsülərində olmuşdur.

Böyük Britaniya, Fransa və digər ölkələrdə keçirilən beynəlxalq veloturlarda olduğu kimi Azərbaycanda da ŠKODA brendi bu tip layihələrə dəstək ənənəsinə sadiq qalaraq, “Əziz Şuşa Beynəlxalq Velosiped Turniri”-də böyük qürur hiss ilə iştirak etmişdir. 20 ölkənin iştirak etdiyi bu turnirdə “kəşfiyyatçı” strategiyasına uyğun olaraq ŠKODA KODIAQ və SUPERB modelləri hakim və rəsmi təhlükəsizlik kürsülərində olmuşdur.

Ümumi olaraq, beynəlxalq səviyyədə ŠKODA brendinin veloturlarda aktiv iştirak etdiyini görürük. Bu da təbii ki, təsadüfi deyildir. Velosiped idmanının brendin tarixinin böyük bir hissəsi olduğu hər kəsə məlumdur. Belə ki, ŠKODA ilk olaraq velosiped istehsalçısı kimi hələ 1895-ci ildə fəaliyyətə başlamışdır.

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə 7-11 iyun tarixlərində Beynəlxalq Velosipedçilər İttifaqının – UCI-nin təqvim planına daxil edilən “Əziz Şuşa Beynəlxalq Velosiped Turniri” baş tutmuşdur. Turnir 5 mərhələdə təşkil olunmuşdur. Azərbaycanın paytaxtı, Şərqin incisi Bakıdan başlayan velotur, 134.9 km məsafə ilə bir çox regionlarımızı, həmçinin ecazkar Şuşanı əhatə etmişdir.


Veloturun qalibi sonuncu mərhələdə bütün idmançıları qabaqlayan İtaliyanın “Team Technipes İnemiliaromagna" klubunun üzvü E.Ansaloni (18:04:42) olub və qızıl medal qazanmışdır. Ümumilikdə, bütün yarışma iştirakçılarına Azərbaycanın bir sıra əsrarəngiz bölgələrini canlı gözləri ilə görmək, milli təamlardan dadmaq və yerli əhali ilə yaxından tanış olmaq şansları olmuşdur.

Onu da qeyd edək ki, şirkət tərəfindən avtomobillərə 3 il və ya 100.000 km zəmanət də verilir.

Satış mərkəzi Babək prospekti 74 ünvanında yerləşir. Ətraflı məlumat almaq üçün *5544 qısa nömrəsinə zəng etməyiniz kifayətdir.