ŠKODA Azərbaycan servis saatlarını artırdı!

ŠKODA Azərbaycan müştərilərin çoxsaylı istəklərini nəzərə alaraq, servis saatlarını fevral ayının 25-dək artırdı!

Belə ki, servis mərkəzi artıq həftə içi 12 saat (10:00-22:00), şənbə günləri isə 8 saat (10:00-18:00) xidmət göstərəcək. Bazar günləri servis mərkəzi çalışmır. ŠKODA servis mərkəzi avtomobillərin diaqnostikasının aparılması üçün rəsmi istehsalçı tərəfindən müəyyən edilən xüsusi avadanlıqlarla təchiz olunmuşdur. Servis mərkəzində təqdim olunan bütün ehtiyat hissələri orijinaldır və Çexiyadan birbaşa istehsalçının zavodundan çatdırılır. Hissələrin seçimi və sifarişi xüsusi elektron kataloq vasitəsi ilə həyata keçirilir. Yüksək ixtisaslı menecerlər həmişə sizin xidmətinizdədir və avtomobiliniz üçün ehtiyat və aksessuar seçimində sizə köməklik göstərməyə hazırdırlar. Ehtiyacınız olan ehtiyat hissələri anbarda olmadığı təqdirdə, servis əməkdaşları onların ən qısa vaxtda sifarişçiyə çatdırılmasında köməklik göstərəcəklər.

Əlaqə: +994 12 565 57 73; +994 051 810 30 31

Ünvan: Babək pr, 74