3 yeni Skoda modelinin təqdimatı keçirldi

Skoda Avtomobil Mərkəzi izolyasiya qaydalarına riayət edərək canlı yayımda təqdimat keçirib

Skoda Rapid, Kamiq və Scala

Skoda Avtomobil Mərkəzi pandemiya dövründə izolyasiya qaydalarına riayət edərək canlı yayımda 3 yeni Skoda modelinin təqdimatını keçirib

Skoda brendinin Azərbaycandakı yeganə rəsmi distribyutoru olan ”SKAZ Autohouse” tərəfindən təşkil edililən tədbir vasitəsilə avtomobil həvəskarları interkativ şəkildə Skoda Rapid, Kamiq və Scala modelləri ilə tanış olublar.

Təqdimat məşhur avtomobil bloqeri və jurnalist Tural Yusifov tərəfindən Skoda Avtomobil Mərkəzinin Satış departamentinin rəhbəri Fikrət Mirzəyevin iştirakı ilə baş tutub.

Təqdimatın ardı olaraq ilk növbədə seqmentində lider olmağa ən iddialı avtomobil olan YENİ Skoda Rapid modelinin yenilikləri, interyer və eksteryer üstünlükləri nümayiş etdirilib. Qısa video təqdimat çərçivəsində tam olaraq avtomobil barədə məlumat verilib. Azərbaycanda avtomobil 1 mexaniki və 4 avtomatik sürətlər qutusu ilə olmaqla 5 komplektasiyada təqdim olunacaq. Qiymət Mexaniki ötürücü ilə 22900 manata olan Active komplektasiyasından etibarən başlayacaq. Video təqdimatda təqdim olunan təchizat isə ən çöx təlabatlı, qiymət aralığında 4-cü olan Ambition+ təchizatıdır, qiyməti 28900 manat təşkil edir.

Təqdimatın davamı olaraq ilk dəfə tamaşaçılara Skoda Kamiq modeli təqdim olunub. Kamiq Skoda model sırasına yeni daxil olub və ilk dəfədir ki, təqdim olunur. Avtomobilin banı da yeni təqdim olunan xüsusi bazada, kompakt krossover sinfində yaradılıb. Bu o deməkdir ki, avtomobil Fabiadan daha hündür, Karoq-dan isə daha kiçik ölçülüdür. Kamiq 5 qapılı, liftbek 400 litr həcmə malik baqajı və geniş salona sahib idman üslublu avtomobildir.

Son olaraq isə Skoda Scala avtomobilinin təqdimatı həyata keçirilib. Skoda Scala modeli də Kamiq kimi avtomobil sırasına yeni daxil olub və ilk dəfədir ki, auditoriyalarda təqdim olunur. Bu avtomobil isə bildiyimiz C klass hatchback platformasında hazırlanıb. Hər üç modeldə ABS, ESC, pis yollar paketi, TPMS sistemi, təhlükəsizlik məqsədilə isə Avropa avtomobillərinə xas tam 6 ədəd yastıqlar, aktiv və passiv təhlükəsizlik vasitələri mövcuddur. Avtomobillərə 3 il və ya 100 000 kilometr tam istehsalçı zəmanəti verilir.