Unudulmaz gecə Minskdən gəlmiş xüsusi qonaq Dj Panz və gənclərin sevimlisi Dj Shock-un aparıcılığı ilə baş tutdu. Sevgi və doğma insana qayğı motivləri əsasında yaranmış reqqi musiqisinin müşaiəti ilə gecəyə dəvət olunmuş qonaqlar isti avqust gecəsindən zövq alaraq yüksək əhval-ruhiyyəyə kökləndilər. Bu xüsusiyyətlər Škoda avtomobilinin öz istifadəçisinə göstərdiyi qayğı, təhlükəsizlik və rahatlıqda əks olunur.

Skaz Avto şirkətinin vitse-prezidenti cənab Qasım Bağırzadə qonaqları salamlayaraq gecənin bəzəyi olan yenilənmiş gənc dizaynlı Skoda Fabia modelini test-drive etmək imkanı haqqında məlumat verdi. Qonaqlar gecədən zövq almaqla yanaşı, Škoda Azerbaijan-ın yenilikləri ilə yaxından tanış oldular. Škoda Azerbaijan sosial layihələrin keçirilməsinə ayırdığı böyük diqqətlə Škoda-nın istənilən başlanğıcı dəstəklədiyini bir daha sübut etdi. Modellərin EDS, ABS, MSR, ASR kimi təhlükəsizlik sistemləri isə təchiz olunması kompromissiz təhlükəsizlik məqsədinin aktuallığını göstərir.

Škoda avtomobillərinin faizsiz krediti artıq iki illik müddətə təklif olunur. Yüksək keyfiyyətli servis mərkəzi, hər bir yüksək tələbə cavab verən və brend avtomobillərini aldıqdan sonra verilən 5 illik zəmanət sizin rahatlığınızı təmin edəcək.

Ünvan: Ziya Bünyadov, 71C
Mob.: +994 
50 235 84 84

Facebook: Skoda Azərbaycan