RU

ŠKODA Azərbaycan – SKAZ Autohouse

Kodiaq

Təhlükəsizlik


Yolda sizi kim qoruyur?

Sizin və ailənizin təhlükəsizliyinin artırılması məqsədilə ŠKODA KODIAQ bir sıra yeni qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz olunmuşdur. Avtomobil en yeni Multi-Collision Brake (fövqəladə əyləcdən istifadə) funksiyalı elektron sabitliyə nəzarət sistemi (ESC) ilə təchiz edilmişdir.

a62ff82227b198dae11641008c1bb024

Avtomobilin standart təchizatına bir sıra təhlükəsizlik vasitələri daxildir: 6 təhlükəsizlik yastığı, təkərlərdəki hava təzyiqinə nəzarət sistemi və təkmilləşdirilimiş differensialın elektron kilidlənməsi XDS+ sistemi. Aşağıda yolda təhlükəsizliyinizi təmin etmək üçün nəzərdə tutulan ən yenilikçi köməkçi sistemlərinin bütün növləri üzrə ətraflı məlumat verilmişdir.

 

72e86a04b5d3baff0c203218c8ea7e5c

 

Təhlükəsizlik

ŠKODA KODİAQ ən yüksək texnologiyalı avadanlıqlarla və ən son elektron yardımçı sistemlər ilə təchiz olunmuşdur. Əvvəllər bu kimi təhlkəsizlik sistemləri daha üstün sinfə sahib olan avtomobillərdə tətbiq edilirdi. Avtomobilin konstruksiyasının hazırlanmasında yüksək keyfiyyətli poladdan istifadə olunması sürücü və sərnişinlərin təhlükəsizliyini təmin edir.

 

 

a1ff18ed96357d9c6762a5199e85daeb

Tıxaclarda hərəkət zamanı yardımçı sistem-Traffic Jam Assist

Bu sistem tıxaclarda və nəqliyyat vasitələrinin sıx olan yollarda sizin rahat və təhlükəsiz hərəkət etməyinizə yardımçı olur. Traffic Jam Assist sistemi işə düşərkən adaptiv kruiz-kontrol və Lane Assist sistemləri ilə birgə fəaliyyət göstərir. Yolun tıxaclı hissələrində Lane Assist sistemi avtomobilin adaptiv idarə olunmasını və 60 км/s. sürətə qədər getdiyi zolağla təhlükəsiz hərəkətini təmin edir. Əgər bu sistemlə birlikdə adaptiv kruiz-kontrol (ACC) istifadə etdikdə, sükanın idarə olunması, tormozlanma və sürətlənmə nəqliyyat sıxlığından asılı olmayaraq avtomatik həyata keçir. Bu sistemin işləməsi üçün sürücünün əlləri sükan üzərində olmalıdır.

 

4fce207068c5d202715bdd128ae3316e

Uzaq işğın idarə olunması Light Assist – köməkçi sistemi

Bu sistem avtomatik olaraq uzaq işığı yaxın işığa keçirir.

Çoxfunksiyalı kameranın köməyi ilə qaranlıqda qarşıdan yaxınlaşan nəqliyyat vasitələrini gördükdən sonra, Light Assist işıqlandırma sistemi uzaq işığı avtomatik olaraq yaxın işığa keçirir.
Auto Light Assist - sistemi uzaq işığı avtomatik idarə edir Avtomobil 60 кm/s sürətdən yüksək sürətlə hərəkət etdikdə və kifayət qədər qaranlıq olduqda bu sistem avtomatik olaraq uzaq işıqları yandırır. Bu funksiya qarşıdan hərəkət edən digər sürücülərin görüntüsünü məhdudlaşdırmır və heç bir maneə yaratmır.

184bd277b36506a1a90d7d0ee23896e7

Kor zonalara nəzarət sistemi - Blind Spot Detect

Blind Spot Detect - Kor zonalara nəzarət sistemi sürücünü zolaqları dəyişərkən məhdud görüntü zonasında hərəkət edən avtomobillər haqqında xəbərdarlıq edir.

ŠKODA KODIAQ -ın arxa bamperində yerləşən iki ədəd sensorların vasitəsilə avtomobilin ətrafında və 20 metrə qədər arxada olan maneələr barədə xəbərdarlıq edir.

Hərəkət zamanı kor zonada hərəkət edən avtomobil olduqda yan görüntü güzgülərdə xəbərdaredici işıq indikatoru yanmağa başlayır.

 

05b54c39b1938be372a2e11776e047b4

Zolaqla hərəkət köməkçisi - Lane Assist

Bu sistem sürücüyə bilməyərəkdən zolağın dəyişilməsi barədə məlumat verir və displeydə bu barədə informasiya əks olunur. Sistem avtomobilin hərəkət sürəti 65 кm/s-dan yüksək olduqda, hərəkət zolağlarının aydın göründüyü yerlərdə və zolağın dəyişilməsi zamanı dönmə siqnalı qoşulmadığı təqdirdə işləyir.

 

e23c8809a6f57666ae6719bb437bfa8d

Təhlükəsizlik yastıqları və qəza vaxtı müdafiə

Qəza zamanı sürücü və sərnişinlərin zədələnməməsi üçün avtomobildə kopleks müdafiə avadanlıqlardan istifadə olunmuşdur: doqquz ədəd təhlükəsizlik yastıqları (maksimal sayda), üçnöqtəli təhlükəsizlik kəmərləri və başaltlıqlar.

 

a7b3de3c9cde37d433a6a8115330e8f6

 

9 ədəd təhlükəsizlik yastıqları

Təhlükəsizlik yastıqlarının təhlükəsizlik kəmərləri ilə istifadəsi ona görə nəzərdə tutulur ki, qəza zamanı sürücü və ya sərnişinlərin bədən nahiyələrinin avtomobilin hər hansı bir ağır predmetlə toqquşmasının qarşısını almaqdır və ya zərbənin təhlükəsini minimuma endirməkdir.

 

 

e4cf3b9bb28b9dcc8cc04fab3681a8b6

13c0cd355af8e3924418bc14e2b85ff3

Digər təhlükəsizlik xüsusiyyətləri

ŠKODA KODIAQ ən son və ən qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz edilmişdir. Qeyd edilən təhlükəsiklik sistemlərindən əlavə standart və əlavə təchizatda KODIAQ modeli aşağıdakı sistemlər ilə təchiz olunur:

c33b5cf4b0854006596fa83780fb8502 ABS təhlükəsizlik sistemi sürücünün qəflətən əyləci sıxan zaman və ya sürüşkən yolda əyləcdən istifadə zamanı avtomobilin təkərlərinin bloka düşməsinin qarşısını alır. c33b5cf4b0854006596fa83780fb8502 Əyləc assistenti əyləc sistemində təzyiqi artıraraq avtomobilin intensiv dayanmasına ehtiyac yaranan hallarda sürücüyə yardımçı olur. Bu əhəmiyyətli dərəcədə durma yolunun qısaldılmasına səbəb olur.
c33b5cf4b0854006596fa83780fb8502 MSR təhlükəsizlik sistemi sürücünün sürüşkən yolda qəflətən akselerator pedalından ayağını çəkdiyi zaman aparıcı təkərlərin bloka düşməsinin qarşısını alır. c33b5cf4b0854006596fa83780fb8502 ASR təhlükəsizlik sistemi sürüşkən örtüklü yollarda avtomobilin hamar yerdən götürülməsinə və təkərlərin boşuna fırlanmadan avtomobilin sürətləndməsinə yardımçı olur.
c33b5cf4b0854006596fa83780fb8502 XDS+ sistemi sürücüyə sərt döngələrdə dinamik hərəkət etdikdə avtomobilə verilmiş istiqamət üzrə hərəkət etməsinə yardımçı olur. Döngələrdə dinamikliyi və dartınma qüvvəsini yaxşılaşdırmaq məqsədilə elektron idarə olunan qurğu özünübloklayan differensialın hərəkətini modelləşdirir. Bu sistemin köməyi nəticəsində avtomobil sərt döngələri daha dəqiq və rahat qət edir. c33b5cf4b0854006596fa83780fb8502 Əlavə təchizat kimi istifadə olunan dik yamacda yerindən hərəkətə gəlmə assistenti avtomobili təhlükəsiz hərəkətə gətirməyə köməklik edir. Sistem 5%-dən yüksək olan sıldırımlı yamaclarda avtomatik olaraq işə düşərək sürücüyə təhlükəsiz olaraq avtomobili əl əyləcindən istifadə etmədən hərəkətə gətirməyə yardımçı olur. Bu sistem avtomobilin arxaya getməsini və mühərrikin sönməsinin qarşısını alır.
c33b5cf4b0854006596fa83780fb8502 Təkərlərdə hava təzyiqinə nəzarət sistemi təkərlərdəki havanın azalması barədə hər zaman sürücünü məlumatlandırır.

c33b5cf4b0854006596fa83780fb8502  EDL sisteminin üstünlüyü ondan ibarətdir ki, sürətlənmə zamanı və ya yoxuşa qalxarkən aparıcı təkərlədən birinin yerlə zəif sürtünmə zamanı yardımçı olur.

c33b5cf4b0854006596fa83780fb8502 Yanıb-sönən stop siqnallar avtomobilin sürətlə hərəkəti zamanı qəflətən qarşıya çıxan maneə zamanı sürücünün əyləci sxdıqda arxadan toqquşma riskini azaldır.