RU

ŠKODA Azərbaycan – SKAZ Autohouse

Kodiaq

Rahatlıq


28486ab54d7ed05f5edc8e511ec6af01

Komfort

Yüksək keyfiyyətli materiallardan və diqqətəlayiq səs izolyasiyasından əlavə, sükanın isidilməsi sistemi sizin rahatlığınızı təmin edəcək. Həmçinin nümunəvi erqonomika və alət panelinin funksiyaları sürücünün bütün işlərini rahatlaşdırır.

 

 

b01b0d35494a2af27047acc116cc2a09

Üç zonalı klimat-kontrol

Avtomobil salonun daxilində optimal temperaturu təmin edən üç zonalı iqlim nəzarəti sistemi ilə təchiz oluna bilər. Sürücü, ön və arxa oturacaqlarda əyləşən sərnişinlər öz istəklərinə uyğun olaraq temperaturu tənzimləyə bilərlər. Bu da öz növbəsində sizə və ailənizə maksimum rahatlıqla səyahət etmək imkanını yaradacaq.

 

Elektriklə idarə olunan qapıların salondan kilidlənməsi funksiyası

Səyahətə çıxdıqda «Uşaq kilidi» funksiyası sizin uşaqlarınızın təhlükəsizliyini təmin edəcək. Kilid düyməsinə basmaqla siz uşaqlarınızın təsadüfən arxa qapıları açmasının və pəncərələri aşağı salmasının qarşısını alacaqsınız.

 

 

 DSG sürətlər qutusu

Avtomobilin sadə və rahat idarə olunması avtomatik sürət qutusundan saılıdır. Sizin seçiminiz üşün DSG sürət qutusu 4 benzin mühərrikləri ilə təklif olunur. Ən güclü benzin və dizel mühərrikləri yeni - 7 pilləli DSG sürət qutusu ilə təchiz olunmuşlar.

 

360 ° dərəcə görüntü sistemi Area View

Avtomobilinizin ətrafında nə baş verdiyini bilmək istəyirsiniz? Area View 360 ° dərəcə görüntü sisteminin köməyi ilə avtomobilinizin ətrafındakı görüntünü displeydə əks etdirir. Görüntü avtomobilin ön və arxa hissələrində həmçinin, yan güzgülərin korpuslarında quraşdırılmış genişbucaqlı kameraların vasitəsilə əks olunur.

 

ŠKODA KODIAQ — öz sinfində ən böyük yük bölməsinə malikdir.

Onun yük bölməsinin həcmi— 635 litrdir. Yük bölməsi böyüklüyü ilə yanaşı çox rahatdır: düzgün formalı, çantalar üçün qırmaqlar, tutacaqlar və digər funksional elementlər. Yük bölməsinin döşəməsinin altında ehtiyyat təkər yerləşir.

 

PhoneBox smartfonlar üçün simsiz enerji toplama

Mobil telefonunuzu mərkəzi konsolda yerləşən PhoneBox bölməsinə yerləşdirməklə zəif siqnal zamanı ünsiyyət keyfiyyətinizi artırmış olacaqsınız. Bu bölmənin altındakı induksiya platası telefonun antenini avtomobilin xarici antenasına simsiz qoşulmasını təmin edəcək və bu texnologiya bütün qurğularla işləyir. Əgər sizin smartfon Qi - simsiz enerji toplama funksiyası dəstəkliyirsə, mobil telefonunuzu PhoneBox bölməsinə qoyduqda akkumulyator enerji yığacaq.

Manoeuvre Assist manevr köməkçi sistemi

Avtomobilin arxaya hərək edərkən hər hansı bir maneə ilə toqquşmasının qarşısını almaq üçün ŠKODA KODIAQ modeli Manoeuvre Assist manevr köməkçi sistemi ilə təchiz edilmişdir. Bu yeni sistem park sesnsorlarının siqnalına əsasən avtomobilin hərəkətini dayandıraraq, toqquşmanın qarşısını almış olur.